Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. ETSN Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək.Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.  Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda  cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

 






22 Fevral, 2017  12:50 Baxılıb: 1376 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner