İranın paytaxtı Tehran şəhərində qaz kəmərindəki partlayış nəticəsində 5 nəfər ölüb. Ötən gecə paytaxtın cənub-qərbindəki Xəlic Fars bölgəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 3 ev dağılıb və sakinlər dağıntılar altında qalıb. Partlayış qaz kəmərindəki sızıntıdan qaynaqlanıb. İndiyədək dağıntılar altından 5 nəfərin cəsədi çıxarılıb. Ölənlər 3 qadın, bir qız uşağı və 10 yaşlı oğlan uşağıdır. Partlayış nəticəsində 7 nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb.(apa)