Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-da fevralın 26-sı “Xocalını Anma Günü” elan olunub

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb (Eric Holcomb) xüsusi bəyannamə imzalayaraq, fevralın 26-sını İndianada “Xocalını Anma Günü” elan edib. Simsar.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir. Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. Həmçinin, qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir. Bəyanatın sonunda qubernator E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il fevralın 26-da Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır. Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pence (Mike Pence) indiki vəzifəyə seçilməzdən öncə, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.






22 Fevral, 2017  10:33 Baxılıb: 1766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner