Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanatla çıxış edib.

Simsar.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyanatda, Xocalı qətliamı zamanı öldürülən azərbaycanlılardan bəhs olunub və bu dəhşətli faciə pislənilib.

Sənəddə 1992-ci ildə fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilib. Həmçinin, “Human Rights Watch” təşkilatına istinad edilərək “bu faciənin regionda ən böyük qətliam” olaraq qeydə alındığı vurğulanıb. Bildirilib ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Öncələr, Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.






21 Fevral, 2017  10:48 Baxılıb: 1643 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner