Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Moskvada azərbaycanlıların da çalışdığı bazar yanıb

Moskvada inşaat materialları satılan bazarda güclü yanğın olub. Lent.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mıtışşenski bazarında baş verən yanğın nəticəsində 4 min kv metr ərazi külə dönüb. Ətrafı qatı tüstü dumanı bürüyüb. Bu səbəbdən təhlükəsizlik tədbirləri nəticəsində yaxınlıqdakı ərazilərdən sakinlər təxliyə edilib.

Yanğının anbarlardan başladığı, orada isə odameylli avadanlığın saxlanıldığı ehtimal olunur. Moskva şəhərinin Fövqəladə Hallar üzrə İdarəsi 100 nəfərin ərazidən uzaqlaşdırıldığı barədə məlumat yayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ərazilər üzrə bölünüb. Bölgəyə helikopterlərin də cəlb edildiyi deyilir. Bazarda daha çox postsovet ölkələrindən olan xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışır.

Araşdırmalara başlanıb.







20 Fevral, 2017  08:22 Baxılıb: 1400 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner