Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Xocalı həqiqətləri Pakistan mətbuatında

Pakistanın “Diplomatic Insight” jurnalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş “Qanlı faciənin 25 illiyi” sərlövhəli məqalə dərc olunub. Məqalədə 1992-ci il fevral ayının 25-də Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən həyata keçirilən vəhşi soyqırımın motivləri ətraflı izah edilmiş, uşaq, yaşlı və qadınların fərq qoyulmadan qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Etnik təmizləmə siyasətini terrorizm vasitələri ilə həyata keçirən Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədinin mülki əhaliyə qarşı qırğınlar törətməklə Azərbaycan torpaqlarını işğal etmək olduğu öz əksini tapmışdır. Yazıda həmçinin, bütün mülki əhalini ucdantutma qətlə yetirərək soyqırıma imza atan Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq baxımından cinayət olduğu elmi əsaslarla sübut edilmişdir. Ermənilərin bununla yanaşı İslam mədəniyyət abidələrini, məscidləri, türbələri məhv etdiyi qeyd olunmuşdur. Məqalədə Xocalı Soyqırımının Pakistan Senatı, eləcə də ABŞ-ın bəzi ştatları tərəfindən tanındığı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı Soyqırımı barədə qətnamə qəbul edildiyi, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı Ermənistanın dərhal və qeydsiz-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğu, lakin bu qətnamələrin icra edilmədiyi nəzərə çatdırılmış, ədalətin bərpası və dayanıqlı sülhün əldə olunması üçün cəzasızlığa son qoyulmasının əhəmiyyəti qeyd edilmişdir.







18 Fevral, 2017  13:48 Baxılıb: 1821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner