Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İndi hər 100 qıza 117 oğlan düşür"-Baş pediatr səbəbkar kişiləri qınadı

"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir". Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya bildirib ki, təbii statistikaya əsasən hər 100 nəfər qıza 106 oğlan düşməlidir. Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N.Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür. Baş pediatr qeyd edib ki, ötən ilin statistikasında oğlanlarla qızlar arasında 4% fərq müşahidə olunub: “Bu məsələdə kişilərin daha çox günahı var. Çünki onların “Mənim oğlum olsun”, “Daha çox oğlan istəyirəm” və sairə kimi fikirləri yekunda bugünkü nəticələrə gətirib çıxarır. Amma bu vəziyyət uzun müddət davam edə bilməz. Belə tendensiyanın davam etməsinin qəti şəkildə tərəfdarı deyilik. Çünki təbiətin yaratdığını pozmaq olmaz. Dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyi mütəxəssislər səviyyəsində fikirlər, rəylər bildirib. Yəqin ki, dövlət, Milli Məclis səviyyəsində müvafiq tədbirlər görüləcək. İnanırıq ki, lazımi tədbirlərdən sonra bu fərq aradan qalxacaq”.

 






17 Fevral, 2017  15:45 Baxılıb: 1538 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner