Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtobusları çirkləndirən sərnişinlər DİQQƏT

Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıb. “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin verdiyi məlumata görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən  heyrətlənməmək, təəssüf  hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda  gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”. M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi  aşkar olunub: “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal  “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edib. (apa)







17 Fevral, 2017  14:43 Baxılıb: 1486 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner