Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz” - SƏFA MİRZƏYEV

“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz. Bunun üçün parlamentdə İntizam Komissiyası var. Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə müzakirə olunan məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyiləmsə dostcasına ona yaxınlaşıb fikir bildirmək olar”.

Bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev KİV nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda informasiya qıtlığı var: “Lakin bu onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş verimir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donal Trampın sevimli sözü olan “feyklər” yazaraq ictiamiyyətə buraxılır. Əslində bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır.

Milli Məclisdə baş verənlər qurumun saytında dərc olunur. Ona görə də, KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”.






17 Fevral, 2017  13:44 Baxılıb: 1598 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner