Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi gücləndirilmiş iş rejiminə keçdi-QARA GÖRƏ

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda hərəkəti tənzimləmək üçün gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.Onun sözlərinə görə, bu gün səhər saat 04:00 radələrindən etibarən Bakı şəhər Dövlət Yol Polisi ilə Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı avtomobil yollarının qardan təmizlənməsinə başlayıb: "Buna baxmayaraq, bəzi ərazilərdə, paytaxtın yüksəklik yerlərində, eniş-yoxuşlu yollarında sürüşmə ehtimalları var. Hələ də Bakı ərazisinə qar yağmaqda davam edir. Xüsusi texnikalarla avtomobil yollarına, sürüşmə ehtimalı olan ərazilərə qum və duz qarışığı səpilir, yollarda avtomobillərin hərəkəti təmin edilir. Hazırda paytaxt yolları avtomobillərin hərəkəti üçün açıqdır. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyatın hərəkətinə üstünlük versinlər. Eyni zamanda, piyadalar onlar üçün nəzərdə tutulan yol və keçidlərdən istifadə etsinlər. Qar azyaşlı paytaxt sakinlərinin də sevincinə səbəb olub. Valideynlərdən xahiş edirik ki, azyaşlıları yollarda nəzarətsiz buraxmasınlar".






17 Fevral, 2017  12:06 Baxılıb: 1414 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner