Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir: “Azərbaycan Türkiyədən daha çox turist cəlb etmək istəyir”

“Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər geniş inkişaf edib ki, bunu hansısa çərçivəyə salmaq düzgün olmaz. Bzim marağımız ondan ibarətdir ki, Türkiyədən Azərbaycana daha çox turist məqsədləri üçün gələn insanlar olsun”. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qareyev deyib.

Nazir bunun üçün xüsusi proqramların hazırlandığını, şirkətlərlə danışıqlar və reklam kampaniyaları aparıldığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycan bu gün turizm dünya xəritəsində özünəməxsus yer tutub. Bu yerin genişləndirilməsi və onun inkişafına dair işlər görülməlidir”.

Ə.Qarayev eyni zamanda, iştirak etdiyi İstanbuldakı Beynəlxalq Turizm Forumu haqqında da fikirlərini bölüşüb. O qeyd edib ki, belə forumun keçirilməsi artıq ənənə halını alıb: “İstanbulda keçirilən forum bizim regionda ən mötəbər hadisələrdən biri sayılır. Azərbaycan da daimi olaraq forumda öz mövqeyini çox fəal nümayiş etdirir. Forum çərçivəsində bir neçə görüşdə iştirakımız nəzərdə tutulub. Türkiyədə fəaliyyət göstərən Azərbaycan turizm təmsilçiliyi bu işə fəal qatılıb”.(Report)






16 Fevral, 2017  16:02 Baxılıb: 1734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner