Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatlarından MƏLUMAT

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan "Report"a bildirilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 6 evə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 9000 kv.m ərazi (5 000 kv.m ərazi əl ilə və 4 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ümumiyyətlə, 12 gün ərzində Cocuq Mərcanlı kəndində 17 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 71 066 kv.m ərazi (32 866 kv.m ərazi əl ilə və 38 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən fevralın 14-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 20 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 100 060 kv.m ərazi (61 860 kv.m ərazi əl ilə və 38 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.






14 Fevral, 2017  18:45 Baxılıb: 1639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner