Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Maraqlı

İstirahətin sevimli məkanı - Joyy Hotel&Spa (R)

2017-ci il yanvar ayının beşində açılışı olan Joyy Hotel&Spa artıq həm sakinlərin həm də şəhərimizin qonaqlarının sevimli məkanına çevrilib. Otelin nümayəndəsi Nurlan Əzizov bildirir ki,  məkan hotel, restoran, spa, fitness və hamamdan ibarətdir. “2 restoranımız var, biri Spa-ya aiddir, digəri isə hotelə. “Azərelli” adlanan restoranımız təkcə otelimizdə qalan müştərilərə yox, həmçinin zamanını xoş və maraqlı keçirmək istəyən bütün qonaqlara açıqdır. Restoran hotelin 4-cü mərtəbəsində yerləşir. Burada milli və avropa mətbəxinin gözəl təamları hazırlanır. Restoranın aşpazları bu sahə üzrə mütəxəssislərdir. Digər restoran isə hamam və fitnesdə dincələn müştərilərimizə xidmət göstərir”.

Müsahibimizin sözlərinə görə oteldə qalan müştərilər üçün hamam - spa pulsuzdur. Hamamda qar otağı, türk hamamı, fin və rus saunası, soyuq hovuz və cakuzi müştərilərin xidmətindədir. N.Əzizov bildirir ki, hamamda vip otaqlar da fəaliyyət göstərir. “Qiymətlərimiz də çox münasibdir. Giriş 15 azn-dir. Ailəvi istirahətə gələn qonaqlarımız üçün vip otaqlarımızı hazır edirik.  Həftənin 2-4-6-cı günləri fitness zalımız qadınlara aid olur. Saat limiti isə yoxdur. Qadınlar üçün qadın məşqçilərimiz də var. Müştərilərin rahatlığı üçün məkanımızda avtodayanacaq var”.

Otel, Spa mərkəzləri fitness zallarının şəhərimizdə sayının çox olmasına baxmayaraq Joyy Hotel&Spa – nın nümayəndəsi iddialı olduqlarını söyləyir: “Qısa müddətdə artıq kifayət qədər müştərimiz var. Açığı düşünmürdük ki, qisa müddətdə bu qədər insan artıq bizim məkanımızda istirahət edər. Təbii ki, bu da müştəri məmnuniyyətindən irəli gəlir. Bütün müştərilərimiz xidmət, təmizlik cəhətdən razı qalıblar”.

Olkəmizdə turizm inkişaf edir.  Xarici ölkələrdən Azərbaycana gələn turistərin sayı sürətlə artır. Şəhərimizə gələn bütün turist və qonağlara yüksək xidmət göstərə biləcəklərindən əmin olduğunu deyən N.Əzizov buna həm də tam hazır olduqlarını söyləyib: “Bütün qonağlarımızı qarşılayıb, onlara istirahətləri üçün yüksək xidmət göstərməkdən məmnun olarıq. Artıq bir çox turizm agentlikləri ilə müqavilə bağlamışıq. Hətta yay aylarına rezervlərimiz də var. Hotelimizdə üç cür otaqlarımız var - Standart Twin, French Twin və Suite Room .  Bütün otaqlarda: kondisioner, internet, seyf, peyk yayımı, LCD-TV, mini bar, birbaşa telefon, kartlı kilid sistemi, yanğından mühafizə sistemi, duşlar (cakuzili) otaqlar və duş kabinli otaqlar, hamam otağında 220 voltluq fen də mövcuddur. Hotelimiz 32 otaqdan ibarətdir. Hotelimizdə qalan qonağlarımız birbaşa bağça mənzərəsi seyr edə biləcəklər”.

İstirahətinizi xoş və maraqlı keçirmək istəyirsizsə, siz də Joyy Hotel&Spa – nı seçin. Burada olan komfort və xidmətdən məmnun qalmaqla yanaşı, sərfəli qiymətlərdən də razı qalacaqsınız.

Ünvan:  Nizami rayonu, Rüstəm Rüstəmov 2 Q

Əlaqə:    +994 12 565 00 74;   +994 12 565 00 75

E-MAIL    info@joyyhotelspa.com

www.joyyhotelspa.com





Aliexpress INT
9 Mart, 2017  13:57 Baxılıb: 1927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02