Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstan xarici işlər naziri Mixail Canelidze arasında görüş başlayıb. APA-nın məlumatına görə, təkbətək keçirilən görüş sonra geniş formatda davam etdiriləcək. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər.