Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əfvə düşənlər həbsxanadan buraxılır

70 dustaq azadlığa çıxdı

Bu gün səhərdən etibarən Azərbaycan prezidentinin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Simsar.az-ın məlumatına görə, sərəncamda adı cəzasının çəkilməmiş hissəsindən azad edilmişlərin siyahısına düşən məhbuslar artıq cəzaçəkmə müəssisələrindən azad olunurlar. 


Qeyd edək ki, Azərbaycan prezidentinin əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azalıb, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub, cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında Eynulla Fətullayev, Eldəniz Lahıcov, Müşfiq Mədətov, Anar Namazov, Akif Məhərrəmov da var.

Azərbaycan prezidenti bir neçə əcnəbi məhbusu da əfv edib.






27 May, 2011  12:50 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



4 İyun, 2020  09:28

4 İyun, 2020  09:15


4 İyun, 2020  09:09


3 İyun, 2020  14:44






1 İyun, 2020  15:05

1 İyun, 2020  10:38


30 May, 2020  12:54











29 May, 2020  10:57

29 May, 2020  09:36

















22 May, 2020  13:30




sagbanner