Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əhali banklardakı dollarlarını geri götürür

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

Mərkəzi Bank xəbər verir ki, ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı və ya 20,4%-i milli valyutada, 5 milyard 931,4 milyon manatı və ya 79,6%-i xarici valyutada olub.

Noyabr ayının sonunda fiziki şəxslərin əmanətlərinin 81,2%-i xarici valyuta ilə yerləşdirilmişdi. Ümumiyyətlə, 2016-cı ilin əvvəlki ayları ərzində xarici valyutada yerləşdirilmiş əmanətlər cəmi əmanətlərin 80%-dən çoxunu təşkil edirdi.

Dekabr ayında Noyabr ayı ilə müqayisədə xarici valyuta ilə yerləşdirilmiş əmanətlər 243,9 milyon manat azalaraq 6 milyard 175,3 milyon manatdan 5 milyard 931,4 milyon manata düşüb, milli valyutadakı əmanətlər isə 86,7 milyon manat artaraq 1 milyard 430,5 milyon manatdan 1 milyard 517,2 milyon manata qalxıb.

Əmanətlərin 80%-ə yaxını xarici valyutada olduğundan Dolların bahalaşması manat ilə ifadədə əmanətlərin artması ilə nəticələnir. Dekabr ayında Dolların Manat qarşısında güclənməsinə baxmayaraq əmanətlər manat ilə ifadədə azalıb. Dekabrda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 605,8 milyon manatdan 7 milyard 448,7 milyon manata geriləyib.






11 Fevral, 2017  11:42 Baxılıb: 1911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner