Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib-RƏSMİ

Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Ç.Əsgərov bildirib ki, orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar: "Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır. Bu baxımdan bu gün müzakirə edilən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir”. PA rəsmisi həmçinin bildirib ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib və həmin işlər artıq icraata götürülüb.

 







10 Fevral, 2017  12:52 Baxılıb: 1647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner