Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Latviya Prezidenti Bakıya gəlir

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək. Bu barədə Simsar.az-a  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Səfərin məqsədi Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək. Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlərin iştirakı gözlənilir. Qeyd edək ki, bu, Bakıda keçirilən sayca beşinci forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.






10 Fevral, 2017  11:57 Baxılıb: 1743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner