ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Maykl Pompeo Türkiyəyə işgüzar səfər edib. Bu, M.Pompeonun yeni vəzifədə ilk xarici səfəridir. Səfər çərçivəsində M.Pompeo Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla görüşəcək. Onun həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.
Məlumata görə, danışıqlar zamanı regiondakı təhlükəsizlik məsələləri, eləcə də terrorizmə qarşı birgə mübarizə və Suriyadakı əməliyyatlar müzakirə olunacaq.