Gəncə şəhərində intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 1947-ci il təvəllüdlü Məmmədova Rübayyə yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.