Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir kubalı səfirlə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib. Bu barədə Simsar.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Azərbaycan ilə Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Ə.Qarayev Azərbaycanın mədəniyyət və turizm sahələrində Kuba ilə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirib və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb. Nazir səfirə 2017-ci ilin mayın 5-6-da Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və tədbirə Kuba rəsmilərinin də dəvət olunduğunu qeyd edərək, bu ölkənin forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.






8 Fevral, 2017  10:48 Baxılıb: 1807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner