Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Şamaxı rəsədxanası: “Yer kürəsinə komet yaxınlaşır”

"45P/Honda-Mrkos-Pajdusakova" (qısa olaraq - 45P) adlanan kiçik komet Yerə yaxınlaşır.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, fevralın 11-də komet Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və hava şəraitindən asılı olaraq binokl və kiçik teleskoplar vasitəsilə müşahidə edilə biləcək. O deyib ki, Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür: “Kometin buxarlanan nüvəsi (“başı”) diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür. Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır”.

Direktor müavini əlavə edib ki, kiçik ölçüsünə baxmayaraq, yaxından keçməsi kometin daha parlaq görünməsinə səbəb olur: “Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan əvvəl alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından “üzüb” keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq”. (APA)






7 Fevral, 2017  18:44 Baxılıb: 2334 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner