Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Minimum əmək haqqı 237 manat olsun!

Avropa Sosial Xartiyasına görə, ölkədə minimum əmək haqqı orta əmək haqqının 68%-dən aşağı olmalı deyil

Ölkədə minimum əmək haqqı 237 manat olmalıdır. Çünki bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib.

Hazırda ölkədə minimum əmək haqqının 85 manat olduğunu xatırladan ekspertə görə, bu həddindən çox azdır. “Rəsmi məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkədə orta aylıq əmək haqqı 348,6 manat təşkil edib. Avropa Sosial Xartiyasının tələblərinə görə isə, ölkədə minimum əmək haqqı hesablanmış orta əmək haqqının 68%-dən aşağı olmalı deyil. Bu səbəbdən əməyin ödənişini Xartiyanın tələblərinə uyğunlaşdırmaq üçün minimum əmək haqqı 237 manat səviyyəsinə çatdırılmalıdır”, - deyə ekspert qeyd edib.

Digər tərəfdən, inkişaf etmiş ölkələrdə Xartiyanın tətbiqi məqsədilə sosial siyasət sistemində ciddi institusional islahatlar aparılıb. Azərbaycanda isə sosial siyasətə institusional yanaşmada ciddi islahatların aparılmasının şahidi olmuruq. Belə ki, ekspertin sözlərinə görə, hazırda Avropada sosial siyasət əsas üç hədəfə yönəlib: çox miqdarda və keyfiyyətli iş yerlərinin yaradılması; sosial daxil olma (social inclusion, yəni cəmiyyətin həyatında iqtisadi və sosial iştirak etmə) və hamı üçün bərabər imkanların yaradılması. “Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1999-cu ildə təsdiq edilmiş əsasnaməsində və digər sənədlərdə analoji hədəflər müəyyən edilməyib. Bu səbəbdən, hökümətin yeni dövrdə sosial siyasətə yeni baxışı formalaşdırılmalıdır”.

C.Xəlilovun sözlərinə görə, ancaq onu qeyd etmək olar ki, nazirliyin rəsmi veb-səhifəsi indiyə qədər istifadəyə verilməyib: “İndiki zamanda dünyada rəsmi veb-səhifəsi olmayan dövlət qurumu təsəvvür etmək çətindir”.

Avropa Birliyi ölkələrinin demək olar ki, hamısında bu cür internet-saytlarda ölkədə tətbiq edilən və gələcək üçün hədəf kimi müəyyən edilən həyat standartlarının indikatorları yerləşdirilir. Məsələn: Çexiyanın Əmək və Sosial Məsələlər Nazirliyinin saytında ölkə əhalisi üçün “gəlir və həyat standartları” müəyyən edilib. Bu səbəbdən, ölkədə sosial siyasətə institusional yanaşmanı dəyişmək hökümət qarşısında duran vacib hədəflərdən biri kimi görünür.

RAMIL






26 May, 2011  20:50 Baxılıb: 1605 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner