Azərbaycan və Avropa İttifaqı sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bizim aramızda əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensialı var”.