Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qətidir”

Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu il Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfər edəcəyini deyib. O, fevralın 19-da ukraynalı millət vəkillərinin Parlamentlərarası Dostluq Qrupu çərçivəsində Azərbaycana səfər edəcəklərini söyləyib.

Səfir ölkəsinin xarici siyasətində Azərbaycanın vacib yer tutduğunu vurğulayıb: “Rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi və status-kvonun qəbuledilməz olması barədə mövqeyi qətidir. Bu, 2016-cı ilin iyulunda prezident Poroşenkonun Azərbaycana səfəri zamanı bir daha təsdiqlənib”.

Azərbaycanın ərazi bütövlüyü uğrunda bir neçə ukraynalının öz həyatını qurban verdiyini nəzərə çatdıran A. Mişşenko rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü barədə BMT-nin qəbul etdiyi sənədləri dəstəkləməsini yüksəl qiymətləndirdiklərini bildirib. O, ikitərəfli münasibətlərin inkişafının ticarət və iqtisadiyyat, nəqliyyat, hərbi-texniki və enerji sahələrində əməkdaşlığın dərinləşməsinə yol açdığını vurğulayıb.

Azərbaycan XİN-in ikinci Avropa Departamentinin direktoru İlqar Muxtarov 25 il ərzində münasibətlərin yalnız irəliyə doğru getdiyini deyib: “Heydər Əliyevin dövründə 130-dək ikitərəfli sənəd imzalanıb və münasibətlərimiz strateji səviyyəyə qalxıb. İlham Əliyevin prezidentliyi dövründə iki ölkə arasında Prezident Şurası yaradılıb. Ərazi bütövlüyü məsələsində Azərbaycan Ukraynanın dəstəyini hiss edir və öz növbəsində Ukraynaya aid məsələdə beynəlxalq təşkilatların ikili standartlara yol verməsinə qarşı çıxır”.

Tədbirdə rəsmi şəxslər, politoloqlar, Ukrayna icmasının Azərbaycandakı nümayəndələri iştirak edib.






6 Fevral, 2017  12:55 Baxılıb: 1511 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner