Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

YERDƏ gizli qitə aşkarlanıb

Cənubi Afrikanın Vits Universitetinin professoru Luis Aşvalın rəhbərlik etdiyi tədqiqat qrupu Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlib.

Trend Sputnik-ə istinadən xəbər verir ki, vulkanik lavanın tərkibində tapılan kristallar dəniz altında qalan gizli qitənin mövcudluğuna dair dəlildir. Çünki həmin kristallar Yer üzünə vulkanik lavalar vasitəsilə çıxıb.

Alimlər vulkanik ada olan Mavrikinin altında "yatan" gizli qitəyə aid daha çox dəlillərə rast gəlinəcəyinə əminliklərini bildirirlər. Onların sözlərinə görə, sözügedən qitə bir neçə milyon il bundan əvvəl qitələr bir-birindən ayrıldığı zaman nəhəng dalğaların altında qalıb və okeanın dərinliklərinə qərq olub. Tədqiqatçılar iddia edirlər ki, təxminən bir milyard il əvvəl Yer üzündə sadəcə "Rodinya" adı verilən bir qitə mövcud olub.

Qeyd edək ki, Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən olan elm adamları 2013-cü ildə Hind okeanında 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında qara obyekt kəşf ediblər.







5 Fevral, 2017  06:27 Baxılıb: 2191 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner