Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib. "Report"un məlumatına görə, açılış oyununda autsayder AZAL lider "Qarabağ"ı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, ilk qolu meydan sahibləri vurub. 7-ci dəqiqədə əks-hücum nəticəsində Rəşad Abdullayev AZAL-ı hesabda irəli çıxarıb. Lakin "təyyarəçilər" ilk yarının uzatma dəqiqələrində azlıqda qalıb. Baş hakim Orxan Məmmədov "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin yıxıldığı epizodda Sadio Tounkaranı günahkar bilərək, ona ikinci sarı vərəqə göstərib və meydandan kənarlaşdırıb.

Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. 60-cı dəqiqədə Maksim Medvedev, 63-cü dəqiqədə Coşqun Diniyev fərqlənərək, "Qarabağ"ın qələbəsini təmin edib. Bununla da xallarını 36-ya çatdıran Ağdam komandası liderliyini davam etdirib. AZAL isə 8 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, "Qarabağ" bu görüşə cəzalı Riçard Almeyda və oyun öncəsi zədələnən kapitan Rəşad Sadıqovun yoxluğunda çıxıb. 23-cü dəqiqədə isə Dani Kintana zədələnərək, meydanı xərəkdə tərk edib.






3 Fevral, 2017  17:05 Baxılıb: 1809 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner