Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Vətəndaş 8 baş ceyranı könüllü olaraq nazirliyə təhvil verib - BAKIDA

Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub. Bu barədə Simsar.az -a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında ETSN-nin əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb. Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T.Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ildən Heydər Əliyev Fondu, IDEA Kampaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir. Layihənin Qafqaz ərazisində tətbiqinə başlanılıb və uğurlu nəticələr əldə olunub.

Hazırda Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması həyata keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir.






2 Fevral, 2017  17:19 Baxılıb: 1664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner