Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Elçin Cəfərov: "Aramızda soyuqluq oldu.."

Bir müddət əvvəl Ceyhun Qala ilə qalmaqal yaşayan istedadlı və populyar müğənni Elçin Cəfərov Simsar.az saytının qonağı oldu. Onunla çox mövzulara toxunduq. Maraqlı söhbətimizi sizə təqdim edirik.

-6-8 mövzusuna Ceyhun niyə elə reaksiya verdi?

-Onun reaksiyasına görə heçnə deyə bilmərəm, öz fikri var. Bəlkə də qalmaqala görə belə etdi. Mövzuya gələndə isə mən düzünü demişdim və bunu kimsə deməli idi. Hamı çəkilib qırağa öz işini görür. Bu sənəti inkişaf etdirmək lazımdır. 6-8 ritmdə çox gözəl mahnılarımız var. Amma ki, bunu meyxana janrına yönəltmək xoşuma gəlmir. Bilirəm ki mən də elə mahnlarla yaxşı pul qazana bilərdim, amma bunu qəbul edə bilmirəım. O cür oxuyanları da qəbul etmirəm. Mən toyda xalq, bəstəkar mahnıları oxuyuram. Tərəfdarıyam ki, toylarda oynamaq üçün gözəl rəqslərimiz səsləndirilsin. Toyda müğənniyə qulaq asarlar

-Yəni, toyda sizə heç qulaq asmırlar?

-Təsadüfi hallarda, lirik mahnılara qulaq asırlar. Uşaqlıqdan sevməmişəm ki, mən oxuyanda qulaq asmasınlar. Ona görə bir az çətinlik çəkirəm.

-Çox cəsarətli açıqlamalar verirsən. Qorxmursan ki, bu, toy bazarına təsir etsin?

-Xeyr, qətiyyən qorxmuram. Düzünü deməkdən heç vaxt çəkinmirəm.

-Necə düşünürsən, müğənni radioya hansı mahnıları verməlidir?

-Mənim elə bir mahnım yoxdur ki radioyaya verməyim. Onların da əksəriyyəti estrada pop janrındadır. Mən həm bəsətəkar, həm muğam, yeri gəlsə opera janrında da ifa edə bilərəm. Amma insan gərək özünə bir yol seçsin, mən də pop janrını seçmişəm.

-Bir ara reytinqləri qıran mahnıların var idi. Birdən nəsə dayandın?

-Doğrudur, mahnılarım çox sevilirdi, çox işləyirdim. Bəlkə də daha çox populyarlaşmaq istəyirdim,  ona görə də gecə-gündüz işləyirdim.

-Bəlkə komandanınızın dağılmasının da səbəbi az olmadı?

-Onun da çox böyük təsiri oldu. Biz konsertə hazırlaşırdıq. Aramızda soyuqluq oldu, sanki, bomba atdılar, dağıldı.

-Səncə kim atdı bombanı?

-Yəqin öz içimizdən gəldi, hamımızın səhvi oldu ki o bomba yarandı, kiminsə üzərinə atmaq istəmirəm.  Ondan sonra da məndə sənətə qarşı küskünlük oldu. Bir ildən çox həvəssiz oldum, həm də efirlərdə qadağan olundum.

-Qadağalar nəylə bağlıydı?

-Bilmirəm. Səbəbini demirdilər. Məndə o xasiyyətdə deyiləm kiməsə deyim  ki, məni efirə çağırın. Sonradan həmin qadağalar götürüldü. Daha sonra hiss etdim ki, tək qalmışam, yanımda heç kim yoxdur.  Bu da məndə bir prinsip yaratdı. Həmin prinsiplərə görə də daha yaxşı mahnılarım yarandı.

-Bəs, indi münasibətlər necədir?

- İndi hər şey yaxşdır. Azər, mən Tərlan bir yerdəyik. Hərə öz işiylə məşğuldur.

-Hazırda yeni mahnılar var?

-Var, amma mən indi başqa bir yol axtarışındayam. Tutduğum yol adiləşdi deyə yeni yol axtarıram. Elektron tipli mahnılar oxumaq istəyirəm. Amma çox adam da bunu başa düşmür.

-Sabir müəllimin kürəkəni olmaq necə hissdir?

-Mənim üçün xoş və qürurvericidir. Çox mülayim və isti münasibətlərimiz var. Yaradıcılıq baxımından bizim oxşar xasiyyətlərimiz də var. Onun haqqında yalnız ən yaxşı sözləri deyə bilərəm.

-Heç siyasətdən danışırsınız?

-Siyasətdən çox uzağam. O, bilir ki, mən xoşlamıram o barədə danışmağı. Amma yaradıcılığım barəsində soruşur, məsləhətlərini verir.

-Xanımınız işləyir?

-Xeyr, evdar xanımdır. Hələ belə lazımdır.  Düzdür, o çox yaxşı şeirlər yazır. Təbii ki, qandan gələndir  Yaxşı yazsa da , çox qəliz yazır, onu mahnıya çevirmək çox çətindir.

-Niyə görə, bizim mahnıların mövzusu ən çox iki nəfərin sevgisindən, yada ki ayrılığından ibarət olur?

-Əvvəldən hind filmlərinə baxan adamlar olmuşuq (gülür).

-Yenilik etmək fikrin varmı? Ətrafımız mövzu ilə doludur.

-Bəli, yaxşı uşaq mahnıları yazmaq stəyərəm.

-Bəs necə düşünürsən, toyda həsrətdən oxumaq doğrudur?

-Əslində, toyda pozitiv mahnılar olmalıdır. Amma elə mahnılar var ki, onu bəylə, gəlin özü xoşlayır. Mən elə toy olub ki, “Səndən əl çəkirəm” i giriş  mahnısı oxumuşam.

-İbadət edirsən?

-Bəli.

-Xanımınızla birgə instagramda çox şəkil paylaşırsan... Amma bəzi ictimai adamlar var ki, ailələrinin şəkillərini paylaşmaqdan ehtiyat edirlər.

-Hər bir şeydə səmimiyyəti xoşlayıram. Mən sənətçiyəmsə, niyə ailəmi gizli saxlayım. Qara niyyətim yoxdur ki, ailəmi gizlədim. Əgər, bayramdan bayrama şəkil yerləşdirirəmsə, ona heç kim pis söz yaza bilməz. O barədə rahatam.

-Mühafizəkar deyilsən...

-Elə məsələlər var ki, xeyr, mühafizəkaram.

-Məsələn hansı məsələlərdə?

-Sadalaya bilmərəm. Biz bir yerdə insanlara xoş aura bağışlaya biliriksə, niyə də olmasın. Bizə baxanda deyirlər ki, bunlar bir almanın iki yarısıdır .

-İnstgramda nə qədər izləyiciniz var?

-85 min.

-Sənə də seriala çəkilmək təklifi gəlib?

-Hə, gəlib. Amma özümü hazır hesab etmirəm. Əgər serialda süni olacağamsa, orda olmamağım yaxşıdır. Hətta  kanalların birindən aparıcılıq təklifi də almışdım. Ancaq aparıcılığı bacarmıram. Mənə ancaq öz həyatım maraqlıdır. Kiməsə sual verə bilmərəm ki,  sənin ailəndə vəziyyət necədir.

-Hansı verilişlərə baxırsan?

-Heç bir verilişə baxmıram. Bir türk serialı var, “İçerde” ona baxıram.

-Sonuncu dəfə hansı tamaşaya baxmısan?

-Teatra getmirəm...

-Son zamanlar müğənnilər toy qıtlığından şikayət edirlər. Sənin şikayətin yoxdur ki?

-Şükür sikayətim yoxdur, toylarımız var

-Artıq uzun zamandır ki, şou-biznesdəsən. Sənə elə gəlmir ki, bu məkan artıq son akkordlarını yaşayır sanki?

-Hardasa düz deyirsiz, zəiflik sezilir. Mən öz adımdan deyə bilərəm ki, mən işləyirəm. Əvvəlki şou-biznesdə olan onluq konkret estrada oxuyurdu, sonra biz gəldik, qarışıq mahnılar oxuduq. Əvvəl peşəkarlarla iş görülürdü. İndi müğənnilər söz, musiqini özləri yazırlar, pul xərcləmək istəmirlər. Toya getməklə də o maddiyyatı əldə etmək olmur.  İndi konset vermək üçün maddi imkan lazımdır. Konsertdən borclu çıxmırsansa böyük işdir. Əvvəl konsert verib pul götürürdün, amma indi borclu çıxmayanda sevinirsən.

-İrəlidə konsert vermək fikrin var?

-İnşallah, belə bir fikrim var. Mən demişəm bu sənətdə ya istədiyimi əldə edəcəm,  ya da ki bu işin daşını atacam. "Qarabağ" adlı bir layihəmiz də var. Onu da hazırlayacağam.

-Jurnalistlərlə münasibətin necədir?

-Jurnalistlərlə aram yaxşıdır, amma hərdən elə suallar verirlər ki, çətinliyə salırlar adamı. Ailədən çox sual verirlər. Deyirsən bu barədə danışmaq istəmirəm, yenə də fırladıb, o sualı verirlər...

Yasəmən Məmmədova

 






1 Fevral, 2017  14:50 Baxılıb: 2644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner