Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Andrevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” və “Mersedes” markalı iki avtomobil toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.