Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İntizam Komitəsi “Qarabağ” – “Neftçi” görüşündə hakim səhvini etiraf edib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub. Əsas müzakirə mövzusu hakim səhvləri ilə zəngin olan “Qarabağ” – “Neftçi” matçı ətrafında baş tutub. Oyunun 20-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.

Görüşün 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv edilib. Bununla, AFFA penalti göstərməli olan Ramil Diniyevin səhvini etiraf edib.

Qarşılaşma bitdikdən sonra müəyyənləşib ki, “Neftçi” azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğ bakılılar tərəfindən ödənilməlidi.

Bundan başqa, “Qəbələ” – “Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.






31 Yanvar, 2017  13:44 Baxılıb: 1585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner