Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kür Vətəndaş Cəmiyyəti 320 milyonu axtarır

FHN-in nümayəndəsi Elxan Əsədov: "İndiyə kimi 152 milyon 900 manat xərclənib, narahatlığa əsas yoxdu"

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı daşqınlardan zərər çəkən bölgələrimizdə görülən tədbirlərlə bağlı 2-ci Ümumrespublika Kür Forumunu keçirib. Simsar.az-ın məlumatına görə, forumda qərargahının "Kür daşqınları 2010, ötən bir ilə baxış" mövzusunda hazırladığı hesabat forum iştirakçılarının diqqətinə çatdırılıb. Tədbiri giriş sözü ilə açan qərargah üzvi Mehman Əliyev daşqından zərər çəkən vətəndaşlara ayrılan vəsaitin gizli saxlanılması ilə bağlı narazılığını ifadə edib. O bildirib ki, daşqın nəticəsində 30 rayonda 20 mindən çox ev, 110 min hektar əkin sahəsi su altında qalıb, infrastruktura ciddi ziyan dəyib: “Fəlakətin aradan qaldırılması üçün Hökumət Komissiyası yaradılıb, büdcədən 320 milyon vəsait ayrılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2714 fərdi evin tikilməsi nəzərdə tutulmuşdu, 2401 ev artıq tikilərək istifadəyə verilib.

Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Muradbəyli və Yuxarı Axtaçı kənd sakinlərinin əkin sahələrinə və əmlakına dəymiş ziyana görə 1065 ailəyə 1120 min manat birdəfəlik yardım verilib. Görülən işləri alqışlayırıq. Amma narahatlıq doğuran məqamlar da var. Büdcədən ayrılan 320 milyon manat hara getdi? Kürün deltası lildən təmizlənməyib, bəndvurma və bərkitmə işləri ehtiyatlı aparılmayıb. Bəzi insanlara hələ də kompensasiya verilməyib, evlər təmir-bərpa olunmayıb. Bəzi yerlərdə kompensasiya verilməsi və ev tikilməsində ayrı-seçkiliyə və korrupsiyaya yol verilib. Bu hallar aradan qaldırılmalıdır".

Qurumun koordinatoru Oqtay Gülalıyev isə bildirib ki, su təsərrüfatı sistemi düzgün idarə olunsaydı və bu istiqamətdə ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənsəydi daşqınlar baş verməzdi: “Mingəçevir Su anbarında suyun tənzimlənməsi, ehtiyat su anbarlarının lildən təmizlənməsi işinin vaxtında və effektli şəkildə həyata keçirilsəydi, eyni zamanda Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndvurma işləri etibarlı aparılsaydı keçən ilin yazında Kür daşqınları baş verməyə bilərdi. Hətta baş versəydi də miqyası indiki qədər olmazdı. Sel vaxtı insanların təcili evakuasiya olunması, insan tələfatının azlığı müsbət qarşılanır. Fəlakətin nəticələrinin minimum azaldılması üçün hərbi gücün, texniki resursların səfərbər olunmasını da təqdir edirik. O vaxt Fövqəladə Hallar Qərargahı İmişli və Saatlıya köçürüldü. İnsanlar ərzaq və geyimlə təmin olundu”.

O. Güləliyev deyib ki, 2003-2010-cu illərdə daşqınların baş verməməsi üçün ayrılan vəsait səmərəli xərclənməyib: “Milli Büdcə Qrupunun apardığı araşdırma göstərdi ki, bu 7 ildə ehtiyat su anbarlarının təmiri, Kür və Arazın lildən təmizlənməsi, bəndvurma işləri üçün 1 milyard manat xərclənib. Ancaq nəticə göz önündədir. Kür lillənib, çayın su çəkmə axını zəifləyib, bəndvurma və bərkitmə işi effektiv deyil. Nəticədə Kürqırağı bölgələr qrunt sularının təsiri altında qalıb. Mingəçevir su anbarında suyun səviyyəsi ötən illə müqayisədə illik normaya yaxındır. Amma anbarda lillənmə artıb. Monitorinq zamanı aydın olub ki, deltanın lildən təmizlənməsi işinə cəlb edilmiş 7 gəmidən yalnız biri - ”İnam" lilsoran gəmi qalıb. “Azərenerji” və Gəmiçilik İdarəsinə məxsus digər gəmilər naməlum səbəbdən çıxarılıb".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev ev tikintisi zamanı şəffaflıq faktorundan danışdı: “Bölgədə tikintini həyata keçirən podratçı şirkətlərin və xərclənən vəsaitin həcmi indiyədək açıqlanmayıb. Bir evin tikintisinə infrastrukturla birgə orta hesabla 63 min manat düşür ki, bu da böyük rəqəmdir. Sabirabadın Azadkənd, Xankeçən, Poladtoğay və Çığırğan kəndlərinin 31 sakini Fövqəladə Hallar Nazirliyinə müraciət edəndə onlara verilən kompensasiyalarda mənimsəmə faktları aşkarlanıb”.

FHN-in nümayəndəsi Elxan Əsədov dedi ki, indiyə kimi 152 milyon 900 manat xərclənib: “Narahatçılığa əsas yoxdur. Pul hələ qurtarmayıb. Evlərin tikintisi davam edir. Tikintidə 50-dən çox şirkət iştirak edir”.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Əbdürrəhim Hacıyev isə dedi ki, fəlakət baş verməyə bilərdi fikri ilə razı deyil: “Bütün dünyada iqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər olur”.

Sonra iqtisadçılar Zöhrab İsmayıl, Qubad İbadoğlu, ekoloq Telman Zeynalov, əslən Sabirabaddan olan keçmiş deputat Pənah Hüseyn çıxış etdilər. Sel bölgəsindən olan sakinlər problemlərini dil gətirdilər, FHN nümayəndəsi onların şikayətini dinlədi, sualları cavablandırdı.

Forumda daşqından zərər çəkən bölgələrdən hazırlanmış film təqdim olunub






26 May, 2011  16:11 Baxılıb: 1303 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner