Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rəsulzadəyə aid kitab nəşr olunub

“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” adlı kitabda cümhuriyyətçinin məqalələri yer alıb

Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının xətti ilə Məhəmməd Əmin Rəsulzadənin

"BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ" kitabı işıq üzü görüb.

Kitabın nəşrinə təşəbbüskarlardan olan Elşad Ərşadoğlu Simsar.az-a bildirib ki, 28 May Cümhuriyyət (Respublika) bayramı münasibətilə nəşr olunan kitaba marağın və sifarişlərin səviyyəsini nəzərə alıb ilkin mərhələdə 500 tirajla nəşr etdiriblər.

Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır.

Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.

Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.






26 May, 2011  15:21 Baxılıb: 1406 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner