Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəs Qarayevin əmri ilə onlar rəis oldular

Daha beş Regional Mədəniyyət və Turizm İdarəsinə rəis təyinatı həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Tahir Əliyev Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin, Əhməd Ramazanov Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin, Elçin Hüseynov Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin, Lətifə Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin, Vüsal Nəsirli Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi (Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi) Tahir Əliyev - Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Xalq Təsərrüfatı İnstitunda sənayenin planlaşdırılması, A.Zeynallı adına musiqi məktəbində xalq çalğı alətləri ixtisası üzrə təhsil alıb. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi (Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi) Əhməd Ramazanov - Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi (Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi) Elçin Hüseynov - nazirliyin Aparatının sektor müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetində orta məktəbdə riyaziyyat müəllimi ixtisası üzrə təhsil alıb. Masallı Regional Mədəniyyət və Turizm İdarəsi (Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi) Lətifə Mövsümova - Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqogika və psixologiya ixtisası üzrə təhsil alıb. Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi (Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi) Vüsal Nəsirli - Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunub. Lənkəran Dövlət Universitetində tarix-ictimaiyyət ixtisası üzrə təhsil alıb.






27 Yanvar, 2017  13:03 Baxılıb: 1992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner