“Yaxın günlərdə İrana səfər edəcəyəm”. Ermənistan KİV -ı xəbər verir ki, bunu ölkənin müdafiə naziri Viqen Sarkisyan yanvarın 27-də jurnalistlərə açıqlamasında bildirib. “Bu çox vacib görüşdür. İranla bölgədə təhlükəsizliyə dair birgə çoxsaylı işlərimiz var”, - deyə V.Sarkisyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığa çox böyük əhəmiyyət verir.