Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

""Laçınım" mahnısına görə nə Röya, nə də Fədayə Laçın icazə almayıb" - Mərhum sənətkarın oğlu DANIŞIR

Bu gün əməkdar artist Məhəbbət Kazımovun ölümündən 3 il keçir. Bu münsibətlə mərhum sənətkarın oəlu Rəşid Kazımovu redaksiyamızda qonaq etdik. Maraqlı söhbətimizi sizə təqdim edirik.

-Məhəbbət Kazımovun ölümündən artıq 3 il keçir. Bu müddət ərzində sizinlə kimlər maraqlandı?

-Daha çox xalq maraqlandı. Cəmiyyət içində maraq olurdu ki, Məhəbbət Kazımovun oğlusan. Onun haqqında suallar verirdilər. Dost-tanış içərisində isə çoxu vəfasız çixsa da bunu hamısına şamil etmək olmaz. Vəfalı dostları da var atamın. Onun ətrafı çox geniş idi. O qədər ətrafdan isə 2-3 adam qaldı. Əvvəl hər gün görüşdüyü, hər gün yanında olan sənət adamları yoxa çıxdı. Nə zəng etdilər, nə də axtardılar. Amma ailə dostlarımız var ki, münasibətlərimiz indi də yaxşıdır.

-O maraqlanan iki-üç nəfər kimdir?

-Əslində ad çəkmək istəməzdim, Şəmsəddin İbrahimov, şair Zahir Abbas, müğənni Tacir Şahmaloğlunun adını çəkə bilərəm ki əlaqələrimiz hələ də var. Bəzən -şəkillərə oturub baxanda görürəm ki, bu gün məşhur olan müğənnilərin cavanlıq kadrları var.

-Bəs media necə, maraqlandı?

-Televiziyalardan maraqlananlar var. Düzdür, mən efirə çıxmağı sevmirəm. Daha çox Xəzər televiziyasında Zaur kamal, Space-dən isə Mikayıl Güləddinoğlu maraqlanıb və verili. hazırlayıblar.

-Ata itkisi ağır olur. Məhəbbət Kazımov necə ata idi?

-Musiqiçi adamlar bir az çöl adamları olurlar, qastrollar, səfərlər. Buna baxmayaraq atamda ailəsinə qarşı soyuqluq hiss olunmurdu. Televizorda çox sərt görünürdü, amma mülayim, güləriz idi. Mən ondan çox qorxurdum. Düzdür, o bizə əl qaldırmayıb, sadəcə olaraq zəhmi var idi. Gözəl ata idi, hər il bir ayı bütöv bizimlə istirahətə  ayırırdı.

-Məhəbbət müəllimin repertuarına müraciət edənlər az deyil. Məsələn,  son vaxtlar Röya , Fədaya Laçın “Laçınım” mahnısına müraciət etdi. Ümumiyyətlə, ailədə buna reaksiya necədir? Müəlliflik hüququna görə, gəlib ailədən icazə alırlarmı?

-"Laşınım" mahnısına görə nə Röya, nə də Fədayə Laçın icazə almayıb. Atamın mahnısına görə bizdən Xatirə İslam və Eldəniz Vəliyev icazə alıb. Eybi yox icazə də almasınlar amma düzgün, olduğu kimi oxusunlar. Çox müğənninin səs diapazonu o mahnını oxumağa imkan vermir.

-İcazə almayanlara reaksiyanız necə oldu?

-Telefonlarına mesaj göndərildi, mənim adımdan, amma cavab gəlmədi...

-Atanızın ən böyük arzusu nə olub?

-Qarabağa, Laçına qayıtmaq. Laçın deyə deyə öldü. Hiss olunurdu ki, o torpağı istəyir.

-Ailədə onun davamçısı var?

-Xeyr, bizim ailədə yoxdur. Amma atamın qohumlarından musiqiçilər var. Məhəbbət məktəbindən yararlananlar var. Atam çoxlarını öyrətdi.

-Çoxları da nankor çıxdı, hə?

-90 faiz hə.

-Sağikən də nankor olanlar vardımı?

-Əslində hamı elə bilirdi ki, Məhəbbət Kazımov dostlarını tanımır. Amma elə deyil. O həmişə deyirdi ki, mən bilirəm kim kimdir.

-Bəs niyə o insanlara dəstək verirdi?

-O kini sevmirdi, bilirdi ki, kim təmənnalıdır, kim yox. Bilirdi onunla, nəyə görə dostluq edirlər.

-Neçə övladsınız?

-Iki bacım var bir də mən. Bacılar ailəlidir, mən subay.

-Kimi istəyərsiz ki, toyunuzda oxusun?

-Bizim birinci məclisimizdə bütün müğənnilər var idi. Toyu Ağadadaş Ağayev aparırdı. Ikinci toyu isə xatırlamıram. Hələ beynimdə mənim toyumda kim oxusun deyə bir fikir yoxdur.

-Hazırda hansı işlə məşğulsuz?

-Gəncə Dövlət Universitetinin, coğrafiya fakültəsinin üçüncü kurs tələbəsiyəm.

-Məhəbbət Kazımovun oğlu olmaq sizə kömək edir?

-Bəli, edir. Çox böyük hörmət var atama. Çox bağlı qapıları açıb. Amma onun oğlu olmaq həm də məsuliyyətdir. Hər kəsin diqqəti var üstündə. Köməyi çoxdur, amma bir o qədər də məsuliyyəti var.

-Heç oxunmamış mahnıları var?

-Bir mahnısı qalıb, bacımın oğluna həsr etmişdi. Telefonda da saxlayırıq. Sözləri tam, musiqisi yarıya kimi hazırdır. Studiyada yazılmasına vaxt çatmadı. Aranjmançı Mahir Tahiroğluna müraciət edəcəm bu mahnı üçün. Düşünürəm əgər gələcəkdə oğlum olsa, onu musiqiyə meyilləndirəcəm.

-Ən çətin anında kimin yanına gedərdi?

-Heçkimin. Problemi olan hamı, ona zəng vururdu. Bütün qohumlara dayaq olan insan idi. Özü isə yalnız babamdan, nənəmdən,  ağsaqqalardan nəsihət alırdı.

-Ölüm anını necə xatırlayırsınız?

-Şəkərdən və təzyiqdən əziyyət çəkirdi. Amma heç vaxt xəstəliyi ciddiyə almırdı, pəhriz də saxlamırdı. Deyəndə də hirslənirdi. Sağ qalsaydı indi 63 yaşı olacaqdı. Xatırlayıram, qrip olmuşdu, 3 gün idi ki, xəstə yatırdı. Şəkər olduğu üçün qripi pis keçirirdi. Ölüm səbəbi ürək və böyrək çatışmazlığı oldu. Amma öləcək durumda deyildi. Hər şey 15 dəqiqənin içində baş vedrdi. Birdən qızdırma qalxdı, getdim dərman aldım gətirdim, təcili yardımla evimiz çox yaxındır. Onlar gələnə kimi atam artıq rəhmətə getmişdi...

-Son sözü nə oldu?

-Heç nə deyə bilmədi. Dili qatlanmışdı. Elə bil şam idi, söndü...

Cəmilə Məmmədova

 






27 Yanvar, 2017  12:13 Baxılıb: 2400 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner