Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həkim-cərrah ölkə prezidentinə müraciət etdi

14 saylı şəhər Poliknikasının baş həkimi Ələsgər Əliyevi qərəzli sayır

Xəzər rayonu 14 saylı Birləşmiş şəhər Xəstə­xanasının həkim-cərrahı Əliyev Ələsgər İbrahim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətin bir nüsxəsi Simsar.az saytının redaksiyasına göndərilib. 

Ə.Əliyev əvvəllər işlədiyi Xətai rayonundakı 14 saylı şəhər Poliknikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlundan şikayətçidir.

Müraciətdə bildirilir ki, 14 saylı şəhər Xəstəxanasında ciddi araşdırmaların aparılmasına ehtiyac var: “Xəstəxanada adı olub özü olmayan işçilərin adlarına maaşlar yazılır, faktiki olaraq işləyən həkimlərin maaşlarından faizlər tutulur. Bu faktlar barədə şikayət ərizəsi hazırlayaraq 26 aprel 2007-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla xanım Seyidbəyovanın qəbulunda oldum. Onun göstərişinə əsasən Bakı Baş Səhiyyə İdarəsinin müfəttişi Nurməmməd Yariyev və BBSİ-dən daha 3 nəfər olmaqla 14 saylı şəhər Polikliniksında yoxlama aparılması təmin edildi. Amma nəticəsi olmadı. Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı da poliklinika rəhbərliyi sudan duru çıxıb”.
Ə.Əliyev vaxtilə işlədiyi prezidentə ünvanladığı müraciətdə 14 saylı Xəstəxanada qanun pozuntuları barədə geniş məlumat verib.

Müraciətin sonunda həkim bildiri: “Ümid edirəm ki, Prezident Administrasiyası, Azərbaycan Respublikasnın Baş Prokurorluğu və digər aidiyyəti orqanlar aşkar edilmiş faktların ört-bastır edilməsinə çalışmayacaq və əksinə korrupsiyaya qarşı mübarizə tədbirlərinə, yəni Prezidentin sərəncamına və siyasi iradəsinə uyğun olaraq təqsirkar şəxslərin barəsində ciddi tədbir görəcəklər».

Simsar.az məsələ ilə bağlı 14 saylı Xəstəxananın baş həkimi Əlisahib Mahmudovun da mövqeyini öyrənib. “Ələsgər Əliyevin şikayətləri dövlət qurumları, məhkəmələr tərəfindən araşdırılıb və təsdiqini tapmayıb. Onun xəstəxanamızdan şikəyət etmədiyi qurum qalmayıb. Ələsgər Əliyevin psixoloji durumu yerində deyil”.

RAMİL






26 May, 2011  15:17 Baxılıb: 1983 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner