Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Körpünün altında qumbara tapılıb

Ağstafada avtomobil körpüsünün altında çoxlu sayda hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Simsar.az -a verilən məlumata görə, Ağstafa rayonu Qırlı kəndində Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 26 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 250 kv.m ərazi yoxlanılıb.






26 Yanvar, 2017  18:05 Baxılıb: 1828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner