Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sabir Məmmədov: "Hətta, süfrəmizdə hansı arağın olacağını planlaşdırmışıq" - AD GÜNÜ MÜSAHİBƏSİ

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədovun 56 yaşı tamam olur. Simsar.az kollektivi adından Sabir müəllimin doğum gününü təbrik edirik və özəl günlə bağlı ad günü müsahibəsini oxucularımızla bölüşürük:

-Sabir müəllim, doğum gününüzü təbrik edirik. Necə keçirirsiniz bu günü?

-Hələ ki iş başındayam. İş çoxdur. Axşam ad gününümü dostlarla, tanışlarla, iş yoldaşımlarla qeyd edəcəyik.

-İlk olaraq, sizi kim təbrik etdi?

-Həyat yoldaşım.

- Yəqin ki, ənənəvi haldır...

-Hə, həmişə birinci həyat yoldaşım təbrik edir, daha sonra övladlar, dost - tanışalar.  Hamısı sağ olsunlar.

-Ən çox nə hədiyyə edirlər?

-Hədiyyə axşam olacaq. Hələ ki, hədiyyə almamışam. Təxmini bilirəm nə olacaq, axşam yığışanda bəlkə çoxaldı.(güldü)

-Evdə qeyd edəcəksiniz?

-Evdə də qeyd edəcəyik, başqa bir yerdə də.

-Ümumiyyətlə,  hansı hədiyyəni çox sevirsiniz?

-Kim nə versə sağ olsun. Əslində onun fərqinə varmıram, nə olsa mənim üçün dəyərlidir. Necə deyə bilərəm ki, bunu sevmirəm, başqasını hədiyyə edin. Böyüklüyündən, kiçikliyindən,  asılı olmayaraq, kim nə hədiyyə etsə qiymətlidir mənim üçün.

-Hədiyyə üçün pulu sevənlər də var....

-Hədiyyəni də pul verib alırlar . Pulsuz olmaz ki? Amma pul hədiyyə ola bilməz . Kimsə mənə ən sevdiyim bir yazıçının kitabını alsa o da mənim üçün böyükdür.

-Maraqlıdır, sizcə insan yaşa dolduqca nədən qorxur?

-Mənim hələ yaşa dolmaq təəssüratım yoxdur. Hər yaşın özünün  maraqlı məqamları olur. Mən təbii ki, 20-30 yaşımda düşündüklərimi indi düşünmürəm.

-Sabir müəllim bilirəm ki, qazaxlısınız. Özüm də o zonadan olan biri kimi bilirəm ki, qazaxlıların süfrəsindən araq əskik olmaz. Hətta bir dəfə mərhum Vaqif Səmədoğlu demişdi ki, 74 yaşım var, amma 174 illik araq normamı içmişəm.

-Allah ona rəhmət eləsin, o qədər yeyib içmişəm onunla. Bəli, bizim süfrəmizdə də araq olacaq. Hətta, süfrəmizdə hansı arağın olacağını planlaşdırmışıq.

-Bəs, Qazaxdan söz düşmüşkən , xəngəllə aranız necədir?

-Yaxşıdır, amma gərək ki, yaxşı bişirilsin. Yaxşı xəngəl bişirə bilsəydiniz, məmnuniyyətlə sizə qonaq gələrdim. Bizim evdə də bişirilər, amma anam bişirən xəngəlin ləzzəti başqadır.

Nihadə Eyyubova






24 Yanvar, 2017  16:52 Baxılıb: 2365 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner