Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Almaz"-ın premyerası keçirildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının "Almaz" tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, premyerada ədibin qızı Gülarə Cabbarlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib. Anşlaqla baş tutan ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi professor Nizami Cəfərovdur. Səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər. Səhnə əsərini Ceyran Həsənli idarə edib.






23 Yanvar, 2017  13:53 Baxılıb: 1756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner