Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Halal qidanı necə əldə edək?

Mayın 26-da “Halal standartlar və sertifikatlaşdırma” mövzusuna həsr olunmuş seminarda bu suala ətraflı cavab tapılacaq 

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Sizi “WorldFood Azerbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçiriləcək “Halal standartlar və sertifikatlaşdırma” mövzusuna həsr olunmuş seminara dəvət edir. 

Seminarı halal standartlaşdırmada böyük təcrübəsi olan, dünyanın bu sahədəki nüfuzlu qurumları tərəfindən akkreditasiya edilən Türkiyənin GİMDES - Qida və Ehtiyac Maddələrinin Audit və Sertifikatlaşdırılması üzrə Araşdırmalar Dərnəyinin mütəxəssisləri aparacaq.

Əsas məqsədi halal standartların tətbiqi mexanizmləri, “halal”, “haram”, “qidalanma”, “ehtiyac maddələri” və s. ilə bağlı iştirakçıları məlumatlandırmaq, bu sahədəki qabaqcıl beynəlxalq təcrübə ilə tanış etməkdir.

Seminar zamanı iştirakçılar heyvan mənşəli qidaların istifadəsindəki problemlər, qida qatqı maddələri, qida istehsalı zamanı gigiyena və sanitariya qaydaları, HACCP praktikası ilə bağlı məlumat alacaq, həmçinin halal sertifikatlaşdırma prosesi və onun mərhələləri, halal sertifikatlaşdırmanın faydaları barədə GİMDES-in mütəxəssislərinin tövsiyələri ilə tanış olacaqlar.

Seminar qida məhsullarının halal qaydalara uyğun istehsalı və sertifikatlaşdırılması üçün zəruri fəaliyyətləri həyata keçirmək istəyən iş adamları, dövlət və özəl müəssisələrin rəhbərləri, top menecerlər üçün nəzərdə tutulur.

Tədbir 26 may 2011-ci il sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin konfrans zalında təşkil olunacaq.






25 May, 2011  23:54 Baxılıb: 1234 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner