Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Angela Merkel Türkiyəyə gəlir

Almaniya kansleri Angela Merkelin fevral ayının əvvəllərində Türkiyəyə işgüzar səfər edəcəyi gözlənilir. Angela Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir. Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.

Bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur. 2015-ci ildə ölkəsinə 890 min mühacirin gəlməsi nəticəsində çətin vəziyyətə düşən federal kansler Avropa İttifaqı və Türkiyə arasında sazişdən sonra rahatlıq tapıb. Belə ki, bu sazişdən sonra 2016-cı ildə miqrant axını 70 faiz azalaraq 280 min nəfərə düşüb.

Kəskin tənqid olunmasına baxmayaraq, açıq qapı siyasətini müdafiə edən Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır.(AzərTAc)






20 Yanvar, 2017  12:51 Baxılıb: 1925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner