Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda ən ucuz kirayə mənzil 180 manatdır

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.Simsar.az xəbər verir ki, 2016-cı ilin dekabr ayına nisbətən ucuz mənzillər (200-500 manat) 3,9% bahalaşıb.“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində yanvar ayında orta qiymətə olan mənzillərin (500-1000 manat) kirayə haqqı 1,4%, bahalı mənzillər (1000-3000 manat) 4,9% artıb. Eksklüziv mənzillərin (3000-10000 manat) isə kirayə haqqı 5,2% ucuzlaşıb.Bazarda ən çox paya malik olan ucuz və orta qiymətli kirayə mənzillərdir. Beləliklə, ucuz mənzillər bazarın 43,7%-ni, orta qiymətə olan mənzillər 43%-ni təşkil edib.Bahalı mənzillərin payı isə 13,3%-dir. Ən az paya eksklüziv mənzillər sahib olublar - 0,1%. Qeyd edək ki, Bakı şəhəri üzrə ən ucuz birotaqlı, əşyasız kirayə mənzil Köhnə Günəşli qəsəbəsində yerləşir və aylıq kirayə haqqı 180 manat təşkil edir.Paytaxtda ən bahalı kirayə mənzil Səbail rayonunda yerləşir və aylıq 10000 manat təşkil edir. Beləliklə, şəhərə və dənizə panoraması olan “Flame of Towers” yaxınlığında yerləşən 5 otaqlı eksklüziv təmirli və tam əşyalı mənzil bazara təklif olunub. Mənzilin ümumi sahəsi – 530 kv.m.






19 Yanvar, 2017  16:50 Baxılıb: 1561 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner