Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"20 yanvar günü “Dədə-Qorqud”, “Nəsimi” filmlərini göstərməklə, heç bir nəticə əldə etmirik" - TELETƏNQİDÇİ FİKRİ

“Təkcə 20 Yanvar yox, ölkəmizin digər tarixi, faciəvi günü olanda televiziyalar məcburdur ki, tarixi mövzuda çəkilmiş bir neçə filmi nümayiş elətdirsin. Təbii ki, bu da təkrarçılığın yaranmasına gətirib çıxarır, bəzən eyni film bir neçə kanalda yayımlanır. Belə filmlərin də sayı vur-tut 10 olsun.”  Bu fikirləri Simsar.az-a açıqlamasında  teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli  tarixi günlərimizdə televiziyaların təkrar filmlərə üz tutmasına və bu günlərlə bağlı xüsusi verilişlərin hazırlanmamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu təkrarçılığın qarşısını almaq üçün bir sıra sənədli filmlər çəkilməli idi, müəllif layihələri olmalı idi: “Bunun üçün kifayət qədər vaxt olub, istər dövlət televiziyası, istər özəl televiziyalar müəyyən məbləğdə büdcələrindən vəsait ayrılmalı idilər ki, bu tipli sənədli filmlər çəkilsin. Sənədli film həm də dərslik rolunu oynayır. İkinci bir tərəfdən etiraf edək ki, bədii film yaxud da ki, bədii seriallarımızda tarixi mövzu demək olar ki, yox səviyyəsindədir”

Ekspertin fikrincə, 20 Yanvar qəhrəmanlarının taleyi hərəsi bir serialın, filmin mövzusu ola bilər: “Biz bu günləri qeyd ediriksə, bəsit üsulla, “Dədə-Qorqud”, “Nəsimi” filmlərini göstərməklə, heç bir nəticə əldə etmirik. Bu filmlər yaxşı,  dəyərli filmlərdir, mən onların əleyhinə deyiləm, amma o filmlər həmin missiyanı yerinə yetirmir. Məsələn, 20 Yanvardan danışırıq. Həmin gün baş vermiş hadisələrdə insan taleləri olub. Hadisədən 27 il vaxt keçir. Hadisənin qəhrəmanları var idi ki, onların həyatı çox maraqlı idi. Məsələn,  Ulvi Bünyadzadə kimi şair , mübariz insan. Onun özünün arzuları vardı. Bu, bir seriala mövzusu ola bilməzdi? Yaxud da ki, Larisa və İlqar. Bu talelərin hamısının bədii şəkildə təqdimata ehtiyacı var. Təəsüf ki, 20 Yanvar və  digər tarixi hadisələrlə bağlı sanballı ekran nümunələri yoxdur. Burada ilk növbədə, günahı tv-də  görürəm, çünki tv-lər bu məsələyə xüsusi diqqət ayırmalıdırlar”

Tarixdə olan hadisələrin hər il yenidən müxtəlif şəkildə təqdimatı elə də böyük vəsait tələb etmir. Bu məsələyə diqqət ayırmaq olar. Televiziyalar bədii filmləri təkrar nümayiş etdirməklə, bu asan yolu tutub. Son illərdə heç olmasa vətənpərvərlik ruhunda, döyüşə çağırış ruhunda  “Fəryad”, “Dolu” filmləri çəkilib. Yaxşı ki, bunlar var, olmasa, nə göstərəcəklər?”

Teletənqidçi son illərdə tarixi, ictimai yükü böyük olan tolk-şouların yoxluğundan da gileylənib: “Son 10 ilin tendesiyasına nəzər saldıqda, tolk-şoular yoxa çıxıb, əsasən sosial mövzulu tolk-şoular var, amma ictimai xarakterli, ictimai -mədəni proseseləri eyni zamanda, tarixi məsələləri müzakirə edəcək tolk-şoular yoxdur. Bu gün mətbuatda, sosial şəbəkələrdə  Babək mövzusunda fərqli fikirlər söylənilir, Fazil Mustafanın fikri var, onun əleyhinə çıxanlar var, onu müdafiə edənlər var, yəni kifayət qədər müzakirə olunmalı bir məsələdir, amma televiziyalar bu prosesdə çox geridə qalırlar və belə müzakirə verilişləri yoxdur. Həmin tarixi günlərdə iki-üç saat canlı yayımlar etmək olar. Müəyyən xronikalar var ki, kinostudiya tərəfindən çəkilib, məsələn mən çoxunu görməmişəm, onları təkrar göstərmək olar. Həmin hadisələrin şahidləri ilə canlı bağlantı etmək olar, hələ bir qismi sağdır, tutaq ki, Ayaz Mütəllimov Bakıdadır.  Digər başqa adamlar var ki, indi Rusiyada yaşayırlar, bu hadisənin şahidi , iştirakşısı olub, onlarla canlı bağlantı qurmaq olar. Təbii ki ,tamaşaçı üçün də maraqlı olar ki, tarix yenidən vərəqlənir, həmin hadisələrin qəhrəmanlarının taleyini yenidən görürlər”

Bu məsələdə AZTV-nin böyük rolu olduğunu söyləyən müsahibimiz bildiri ki, bu kanal dövlət tərəfindən maliyyələşir və dövlət büdcəsindən ona ayrılmış vəsaitdən səmərəli istifadə edib tarixi mövzuda seriallar çəkə bilər. “Hesab edirəm ki, dövlət büdcəsindən vəsait ayrılıbsa, bu, xalqa məxsusdur və  bu, özəl tv-ə əvəzsiz verilə bilər. Bu, ümumi işimiz üçündür, burada sən mən söhbəti yoxdur.. Dövlət televiziyasının arxiv materialları əslində hamıya məxsusdur, bütün tv-lərə məxsus olmalıdır. Amma təəssuf ki, bu, elə deyil. Bunun səbəbni hələ də başa düşməmişəm”-deyə E.Əlibəyli bildirib.

Nihadə Eyyubova

 






19 Yanvar, 2017  13:56 Baxılıb: 2104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner