Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BANM-də 20 Yanvar faciəsinin 27-ci ildönümü keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.BANM-im ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a bildirilib ki, BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. O, 27 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb, gəncləri əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmağa, bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyib.Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.






19 Yanvar, 2017  12:08 Baxılıb: 1551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner