Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“2 milyon dollardan artıq pulun ölkədən çıxarılmasının qarşısı alınıb"-Aydın Əliyev

“Ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 84 nəfəri işdən azad olunub”.Simsar.az xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göndərilib: “Onlar barəsində araşdırmalar davam etdirilir”.DGK-nin sədri bildirib ki, Azərbaycandan valyutanın aparılması ciddi problemlərdən biridir: “2 milyon dollardan artıq pulun ölkədən çıxarılmasının qarşısı alınıb. Həmçinin külli miqdarda civənin daşınmasına yol verməmişik".A.Əliyev əlavə edib ki, qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib: “Ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib. Eyni zamanda xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir”






19 Yanvar, 2017  11:31 Baxılıb: 1445 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner