Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qətərdən gələn turistlərin sayı 6 dəfəyə yaxın artıb

2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, bunu nazir müavini Nazim Səmədov Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi ilə görüşündə bildirib.N. Səmədov qeyd edib ki, Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub.Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub. N. Səmədov ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində sözügedən şəxslər üçün müvafiq infrastrukturun yaradılmasına dair meyarların mövcudluğunu və “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə” Dövlət Standartında əksini tapdığını qeyd edib.






19 Yanvar, 2017  11:09 Baxılıb: 1530 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner