Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yevda Abramov:"Bəzi deputatlar özlərini reklam edirlər".

“Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.“Report”un xəbərinə görə, bunun Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.O bildirib ki, belə olan halda vətəndaş Milli Məclisdən incik düşür: “Biz nəyisə deyəndə məqsədimiz özümüzü gündəmə gətirmək olmur. Amma bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.Milli Məclis sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb. O bildirib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: “Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.






19 Yanvar, 2017  11:01 Baxılıb: 1513 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner