Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünyanın ən populyar futbolçusu terrorçu elan olundu

Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun vəkili Mohammed Osman açıqlayıb.Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apelyasiya verəcək.Misir hökuməti hələ 2015-ci ildə Abutrikanın şəriki olduğu turist şirkətinin bütün hesablarını dondurmuşdu. Buna səbəb “Müsəlman qardaşları” İslam Hərəkatına maliyyə dəstəyi verməsi göstərilmişdi. Futbolçu özü isə bu ittihamları təkzib etmişdi.Qeyd edək ki, Abutrika 2006-cı və 2008-ci illərdə Misirin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, 2007-ci və 2008-ci illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğuya əsasən dünyanın ən populyar futbolçusu seçilib.

 






18 Yanvar, 2017  17:37 Baxılıb: 1505 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner