Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əhmədov Erkan Özoral ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral ilə görüşüb. Ə. Əhmədov Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulayaraq, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu bildirib.

Səfir Erkan Özoral isə Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək xalqların əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini söyləyib. O, Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqların daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.






18 Yanvar, 2017  14:51 Baxılıb: 1423 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner